14 May 2024
“Neftçi” yeni qapıçısını təqdim etdi

“Neftçi” yeni qapıçısını təqdim etdi

22 Yanvar 2022
Baxış: 467

“Neftçi” futbolçusu Xorxe Korrea ilə yollarını ayırıb.

AJMEDİA.İNFO xəbər verir ki,“Neftçi PFK”dan verilən məlumata görə, 29 yaşlı argentinalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Latın Amerika təmsilçisi mövsümün əvvəlində “Neftçi”yə keçib. “Ağ-qaralar” daha əvvəl San-Tome və Prinsipidən olan Harramiz Soareslə vidalaşıb.

Paytaxt klubu həm də yeni transferi İvan Brkiçı təqdim edib. 27 yaşlı qapıçının təqdimatı komandanın rəsmi televiziyasında gerçəkləşib.

Xorvatiyalı qolkiperlə rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, “Neftçi” Brkiçə qədər Azər Salahlı, Eddi İsrafilov və Gilyerme Patonu heyətinə qatıb.

Teqlər: Neftç