Müdafiə Nazirliyinin idarə rəisi yatağında SAXLANILDI - DETA...
58 dəqiqə əvvəlNazirlikdən bu şəxslərə MÜHÜM XƏBƏRDARLIQ
10 Avqust 2022
Baxış: 415
"Qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq yuxu hormonunun ifrazında problem yaradır".
AJMEDİA.İNFO xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova deyib.
Onun sözlərinə görə, bu, uşaqlarda həmçinin boy hormonunun ifrazına mane olur: "Ümumiyyətlə, bu məsələ ilə bağlı tədqiqatlar aparılır. Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər".
N.Həsənova onu da vurğulayıb ki, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb: "Həmin eynəklərin 100 faiz qoruduğu barədə fakt yoxdur. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidirlər”.