10 May 2024
Nazir polkovniki daha yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Nazir polkovniki daha yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

04 Mart 2024
Baxış: 320

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi olub.

AJMEDİA.İNFO Manset.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının komandiri polkovnik İntiqam Axundlu tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Xidmətin Bakı alayının komandiri vəzifəsinə hələ ki təyinat yoxdur.

Qeyd edək ki, son günlər FHN-də bir sıra kadr dəyişiklikləri edilib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi general Adil Abdullayev isə vəzifəsindən azad olunaraq fövqəladə hallar nazirinə müavin təyin edilib.