15 May 2024
Naxçıvana nazir təyin edilən polkovnikin yerinə o GƏTİRİLDİ - FOTO

Naxçıvana nazir təyin edilən polkovnikin yerinə o GƏTİRİLDİ - FOTO

13 Yanvar 2023
Baxış: 420

Daxili işlər orqanlarında yeni təyinat olub.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Abşeron Rayon Polis İdarəsinin rəisi polis polkovniki Şəhriyar Şəmşirli vəzifəsindən azad edilərək, Suraxanı Rayon Polis İdarəsinə rəis vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Suraxanı RPİ-nin əvvəlki rəisi Süleyman Nemətov keçən ay Naxçıvan MR-in daxili işlər naziri təyin olunmuşdu.

(Unikal)