07 May 2024
NATO generalı Ukraynanın Mariupol şəhərində ƏSİR GÖTÜRÜLDÜ - ƏTRAFLI

NATO generalı Ukraynanın Mariupol şəhərində ƏSİR GÖTÜRÜLDÜ - ƏTRAFLI

12 Aprel 2022
Baxış: 1183

“Birləşmiş Ştatlar ordusunun general-leytenantı Rocer Klouter Mariupolda əsir götürülüb”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiyanın “Strategic Culture Foundation” nəşri məlumat yayıb. General Klouter Alyansın quru qoşunları üzrə baş məsləhətçisidir. Komandanlıq qərargahı Türkiyənin İzmir şəhərində yerləşir. Onun tutulması ilə bağlı məlumatlar aprelin 6-dan yayılmağa başlayıb.

Onun harada olduğu tam məlum deyil. Amerikalı jurnalistlər də Klouterin izini itiriblər. Generalın DXR qüvvələri tərəfindən tutulması ilə bağlı xəbər “Hal Turner Radio Show” portalında yerləşdirilib. Amerika agentliyi generalın harada olması ilə bağlı Pentaqona sorğu göndərsə də, cavab almayıb. Bu isə qəribə bir haldır. Çünki Pentaqonun adətən jurnalistlərə tez cavab verdiyi məlumdur.

Əgər Klouter həqiqətən də oğurlanıbsa, onda sual yaranır: General Ukraynada, xüsusən Mariupolda nə vaxt peyda oldu? Əgər onun gəlişi xüsusi hərbi əməliyyatın başlamasından xeyli əvvələ təsadüf edirsə, bu, birbaşa Ukrayna Silahlı Qüvvələrinin ABŞ-NATO hərbçilərinin rəhbərliyi altında hücuma hazırlaşdığını sübuta yetirir.

Və daha bir məsələ var. Həm Ukrayna, həm də NATO Mariupoldan hərbçilərin çıxarılmasını istəyir. Ukrayna israrla hərbçiləri götürmək üçün helikopterlər göndərirdi. Onlardan dördü artıq vurulub. NATO ölkələri isə (Türkiyə, Yunanıstan, Fransa) hərbçiləri Azovstaldan çıxarmaq üçün Rusiyadan inadla humanitar dəhlizlər açmağı tələb edirlər. Bəs bu nə üçündür?

(konkret.az)