Aytən Səfərova düşdüyü qəza ilə bağlı Prezidentə MÜRACİƏT ET...
39 dəqiqə əvvəl"Müharibə olsa..." - Yunan general Türkiyəni HƏDƏLƏDİ
27 İyun 2022
Baxış: 405
Yunanıstanın keçmiş quru qoşunları komandanı, general Franqulis Franqos Türkiyə-Yunanıstan müharibəsi başlayarsa, Türkiyənin ödəyəcəyi "bədəllərin” çox ağır olacağını bildirib.
AJMEDİA.İNFO-nun xəbərinə görə, general “Skai” kanalında iddia edib ki, Yunanıstan istənilən igərginliyə və ya müharibəyə tab gətirə bilər.
“Müharibə olarsa, Yunanıstanın deyil, Türkiyənin sərhədləri dəyişir. Onlar itirirlər”, - deyə o bildirib.
Yunanıstanın güclü olduğunu iddia edən Franqos NATO-nun baş katibi Yens Stoltenberqi tənqid edib: “O, sadəcə NATO-nun zabitidir. Heç bir səlahiyyəti yoxdur. O, Türkiyəyə lazım olduğundan daha çox dəyər verir”.
Xatırladaq ki, 2009-2011-ci illər arasında Yunanıstan Quru Qoşunlarının komandanı vəzifəsini icra edən Franqulis Franqos Meriçdə hələ də qazılan 135 kilometr uzunluğunda və 7 metr dərinliyində olan xəndəyin “memarı” hesab edilir. İqtisadi böhran zamanı təqaüdə çıxan general Franqos 2012-ci ildə qurulan seçki hökumətində bir ay müdafiə naziri olub.(teleqraf.com)