01 May 2024
Müdafiə Nazirliyi MƏLUMAT YAYDI - Ermənilər gecə saatlarında...

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI - Ermənilər gecə saatlarında...

09 Aprel 2024
Baxış: 268

Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlifçaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə AJMEDİA.İNFO-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.