14 May 2024
Müdafiə Nazirliyi brifinq keçirdi - VİDEO

Müdafiə Nazirliyi brifinq keçirdi - VİDEO

19 Sentyabr 2023
Baxış: 558

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mətbuat konfransı keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, brifinq Azərbaycan Ordusunun Qarabağda başlatdığı antiterror tədbirlərinə həsr olunub. Brifinqdə nazirliyin mətbuat xidməti idarəsinin rəisi polkovnik Anar Eyvazov çıxış edərək antiterror əməliyyatı ilə bağlı məlumat verib.

Qeyd edək ki, Müdafiə Nazirliyi bu gün Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatına başlayıb. Nazirliyin yaydığı məlumatda bildirilib ki, tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.Antiterror tədbirləri barədə səsgücləndirici vasitələrlə Xankəndi sakinləri xəbərdar edilib. Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

Orxan