13 May 2024
Mövlud Çavuşoğludan İraqın ittihamlarına CAVAB: "Terroristləri hədəf almışıq"

Mövlud Çavuşoğludan İraqın ittihamlarına CAVAB: "Terroristləri hədəf almışıq"

21 İyul 2022
Baxış: 380

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Silahlı Qüvvələrinin İraqda guya dinc sakinləri atəşə tutmasına dair yayılan məlumatlara münasibət bildirib.

AJMEDİA.İNFO "Haber Global"a istinadən xəbər verir ki, nazir informasiyaların həqiqət olmadığını söyləyib.

"Türkiyə Silahlı Qüvvələrindən aldığımız bilgiyə görə, İraqın Duhok bölgəsində dinc sakinlərə qarşı hər hansısa hücumumuz olmayıb. Biz beynəlxalq hüquq normalarına uyğun olaraq terrorla mübarizəmizi davam etdiririk. Hədəfimiz Suriyadakı terror təşkilatlarıdır", - deyə Çavuşoğlu vurğulayıb.