08 May 2024
MOSSAD iranlı alimi robot-pulemyotla öldürüb - ŞOK İDDİA

MOSSAD iranlı alimi robot-pulemyotla öldürüb - ŞOK İDDİA

20 Sentyabr 2021
Baxış: 832

İsrail kəşfiyyatı iranlı nüvə alimi Möhsün Fəxrizadəni yüksək texnologiyalı robot-pulemyotun köməyilə öldürüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Dəqiqədə 1000 güllə ata bilən, süni intellektlə təchiz olunan qurğunun Belçikanın FN MAG pulemyotu ilə birlikdə ağırlığı 1 tona yaxındır.

MOSSAD əməkdaşları onu İrana hissə-hissə apararaq orada quraşdırıblar.

Daha sonra pulemyot dəlilləri yox etmək üçün partlayıcı ilə dolu olan pikapa yerləşdirilib. Fəxrizadənin olduğu “Nissan Teana” avtomobili yaxınlaşan zaman uzaqdan idarə olunaraq pulemyot atəş açıb.

Qeyd edək ki, Möhsün Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehran yaxınlığında öldürülmüşdü.