15 May 2024
Moskva aeroportlarında 150-dən çox aviareys təxirə salındı

Moskva aeroportlarında 150-dən çox aviareys təxirə salındı

02 Noyabr 2021
Baxış: 462

Axşam saatlarında Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarından həyata keçrilməli olan 150-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib.

AJMEDİA.İNFO xəbər verir ki, buna şəhərin üzərini alan qatı duman səbəb olub.

Əlverişsiz hava şəraitinin gecə yarısınadək davam edəcəyi bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında da adıçəkilən hava limanlarından qalxmalı olan 200-dən çox reys yubadılıb və ya ləğv olunub.