14 May 2024
MN: Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil

MN: Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil

15 Oktyabr 2021
Baxış: 464

Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.

AJMEDİA.İNFO bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə Nazirliyi bildirir ki, qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır:

“Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaq”.