08 May 2024
Mixail Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu - VİDEO

Mixail Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu - VİDEO

09 Fevral 2022
Baxış: 470

Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin məhkəmə prosesi keçirilir. Proses 8,8 milyon laridən (təxminən 3 milyon dollar) çox dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi işi ilə bağlıdır.

AJMEDİA.İNFO-nun “TASS”a istinadən məlumatına görə, Saakaşvili məhkəmə zalında Ukraynanın dövlət himnini ifa edib.

O, çıxışına başladıqda bütün ittihamları əsassız adlandırıb, prokurorları və məhkəməni korrupsiyada ittiham edib. Bu, zalda ajiotaja səbəb olub və sözlü mübahisə yaranıb. Bunun ardınca vəkillər Saakaşviliyə Ukrayna bayrağını veriblər və telefonda Ukrayna himnini səsləndiriblər. Saakaşvili isə himni oxumağa başlayıb.