10 May 2024
Misirdə dəhşətli qəza - 19 ölü

Misirdə dəhşətli qəza - 19 ölü

21 Oktyabr 2021
Baxış: 426

Misirin paytaxtı Qahirənin qərbində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Ahbar əl-Yevm” məlumat yayıb.

Bildirilib ki, yük maşını və sərnişin avtobusunun toqquşması nəticəsində 19 nəfər həyatını itirib.

Yaralılarla bağlı məlumat verilməyib.

“Əl-Mısri əl-Yevm” qəzeti isə qəzadan heç kimi xilas olmadığını yazıb.(Qafqazinfo.az)