14 May 2024
Misir Mərdanova niyə gülürmüşlər? - Özü açıqladı

Misir Mərdanova niyə gülürmüşlər? - Özü açıqladı

14 Noyabr 2021
Baxış: 496

Azərbaycanın keçmiş Təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.

“Həmişə işdə evdən götürdüyüm yeməklə qidalanmışam. Qonaqlar olanda restorana getmişəm. Hər gün səhər həyat yoldaşım mənə xüsusi yemək hazırlayır, götürürəm. Əvvəllər gülürdülər ki, Misir müəllim yeməyini özü ilə götürür. Bunu normal hal hesab edirəm”.

AJMEDIA.İNFO xəbər verir ki, “İndi də naharı işdə edirəm, harasa getmirəm. Yeməyi bitirən kimi bir az istirahət edirəm, sonra işimə davam edirəm. Bəzən qəribə baxırlar ki, bunun heç dincəlməyi yoxdur, daim komputerin qabağında yazır. Mən bundan zövq alıram. Tam səmimi deyirəm, həyatımda boşluq yoxdur”, – M.Mərdanov qeyd edib. (Pravda.az)