12 May 2024
Milyarder Qod Nisanov Azərbaycanda - Səfərin səbəbi...

Milyarder Qod Nisanov Azərbaycanda - Səfərin səbəbi...

07 Noyabr 2023
Baxış: 1593

Azərbaycanlı milyarder, "Kiyevskaya Ploşad" şirkətinin direktorlar şurasının sədri, Moskvadakı nəhəng "Fud Siti" meyvə-tərəvəz bazasının sahibi Qod Nisanov şəxsi təyyarəsi ilə Bakıya gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, Bakupost-un əldə etdiyi məlumata görə, burada müəyyən görüşlər keçirib, bu gün isə istirahət üçün Qəbələyə gedib.

Onun Azərbaycana 8 noyabrda Xankəndidə keçiriləcək Zəfər paradına qatılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan əsilli milyarder 24 aprel 1972-ci ildə Qubada Qırmızı qəsəbədə anada olub.

O, 2007-ci ildə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif olunub.