15 May 2024
Milli Məclisdə TƏBİB-i yıxıb-sürüdülər - "Səhiyyə Nazirliyi də ləğv edilməlidir"

Milli Məclisdə TƏBİB-i yıxıb-sürüdülər - "Səhiyyə Nazirliyi də ləğv edilməlidir"

15 Oktyabr 2021
Baxış: 708

“TƏBİB yaradıldı və bu qurum özünü doğrultmadı. Niyə bizim səhiyyə orqanlarının rəhbərləri dövlət başçısına demirlər ki, bu iş bizim bacardığımız iş deyil”.

AJMEDİA.İNFO report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycana xaricdən təcrübəli şəxslər dəvət edilməlidir: “Hesab edirəm ki, Səhiyyə Nazirliyi də ləğv edilməlidir”.