13 May 2024
Millət vəkilindən İLGİNC TƏKLİF: "Azərbaycanın adı dəyişdirilsin"

Millət vəkilindən İLGİNC TƏKLİF: "Azərbaycanın adı dəyişdirilsin"

29 Noyabr 2022
Baxış: 502

Milli Məclisin plenar iclasında çıxış edən deputat, BAXCP sədri Qüdrət Həsənquliyev İranda pozulan insan hüquqlarından bəhs edib. Azərbaycan türklərinin təbii haqlarından məhrum edildiyini bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, deputat ilginc təkliflə çıxış edib.

Bildirib ki, ölkəmizdə konstitusiya hazırlanmalı və referendumda qəbul olunmalıdır:

“İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”.

Deputat qeyd edib ki, İrandakı rejim Bakını işğalla hədələməklə diqqəti daxildəki problemlərdən yayındırmağa cəhd edir:

"Vaxtilə deyirdilər ki, Kərbəlanı azad edib, sonra Yerusəlimi azad edəcəyik. İndi də Bakını təhdid edirlər".(musavat.com)