15 May 2024
Millət vəkili, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri İlham Məmmədov "Magen David Group"-un qonağı olub

Millət vəkili, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri İlham Məmmədov "Magen David Group"-un qonağı olub

05 May 2023
Baxış: 575

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı eyni zamanda əmək və sosial siyasət, səhiyyə komitələrin üzvü, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri İlham Məmmədov "Magen David Group"-un qonağı olub.

AJMEDİA.İNFO xəbər verir ki, görüş zamanı görülən işlər və gələcək prespektivlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb.

İlham Məmmədov, Azərbaycanda yaşayan yəhudi etnik qrupunun üzvləri, həmçinin İsrailə və dünyanın digər ölkələrinə köç edən keçmiş Azərbaycan vətəndaşı olan yəhudilərin iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə saxlanmasında önəmli rol oynadıqlarını vurğulayıb. O, Beləliklə iki ölkə arasında münasibətlərin əsasında öncəliklə tarixi-mədəni bağların durduğunu vurğulayaraq, "Əminəm ki, Israil, Azərbaycan davamlı şəkildə inkişaf edəcək, qarşıdakı illərdə ölkələr dayanıqlı münasibətlər əsasında əməkdaşlıq əlaqələrinə dahada yüksək malik olacaqlar" deyə Millət vəkili vurğulayıb.

Nəsimi Əbilov