14 May 2024
Məşhur pornosaytda TEXNİKİ XƏTA: 1,2 milyon insanın şəxsi məlumatları YAYILDI

Məşhur pornosaytda TEXNİKİ XƏTA: 1,2 milyon insanın şəxsi məlumatları YAYILDI

29 Oktyabr 2021
Baxış: 684

Amerikanın məşhur pornoqrafik saytlarından olan “luscious”un texniki heyəti kibertəhlükəsizlik baxımından böyük səhvə yol verib.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, yaranmış texniki xəta 1,2 milyon istifadəçinin, o cümlədən 40 min fransızın şəxsi məlumatlarının aşkar edilərək sosial şəbəkələrdə yayılmasına səbəb olub.


Məlumata görə, istifadəçilərin adları, e-mail poçt şifrələri, yaşadığı ünvanlar açıq-aydın üzə çıxıb.

Səhvi aşkar edən “vpnMentor” şirkətinin ixtisaslaşmış tədqiqatçıları “.fr” domeni ilə bitən 13 min elektron ünvanı müəyyən edib. Hətta bəzi istifadəçilərin iş e-mail poçtu vasitəsilə qeydiyyatdan keçərək pornosayta üzv olduqları məlum olub.

Lakin qarşı tərəf iddia edir ki, heç bir parolun sızmasından söhbət gedə bilməz. Yaranmış texniki xəta 4 gün sonra bərpa edilib. (Lent.az)