15 May 2024
Məşhur müğənninin 1 HƏFTƏLİK ÖMRÜ QALIB - FOTO

Məşhur müğənninin 1 HƏFTƏLİK ÖMRÜ QALIB - FOTO

04 Sentyabr 2023
Baxış: 484

56 yaşlı amerikalı musiqiçi, "Smash Mouth" qrupunun keçmiş solisti və qurucularından biri Stiven Harvelin ciddi xəstəlik səbəbiylə bir həftəyə yaxın ömrü qalıb.

AJMEDİA.İNFO xəbər verir ki, sənətçi qaraciyər çatışmazlığı ilə bağlı xəstəliyin son mərhələsindədir.

O, bir neçə gün öncə xəstəxanadan evə buraxılıb. Yaxın dostları və qohumları sənətçi ilə vidalaşmaq üçün onu ziyarət edirlər.

Qeyd edək ki, 10 il əvvəl Harvelə ürəyin qanı pompalaya bilmədiyi bir xəstəlik olan kardiomiopatiya diaqnozu qoyulub. Xəstəliyə görə onda ürək çatışmazlığı, eləcə də ifaçının yaddaşına və nitqinə mənfi təsir göstərən Vernik ensefalopatiyası yaranıb.

Musiqiçinin uzun müddət alkoqol asılılığı ilə mübarizə apardığı məlum olub. 2021-ci ildə sənətçi qrupdan ayrılmaq qərarına gəlib.

56 yaşlı müğənninin 1 həftəlik ömrü qalıb

(olay.az)