14 May 2024
Məşhur müğənni yanğınsöndürənlərlə dalaşdı, atəş açdı - POLİSƏ APARILDI

Məşhur müğənni yanğınsöndürənlərlə dalaşdı, atəş açdı - POLİSƏ APARILDI

03 Avqust 2021
Baxış: 625

Türkiyəli müğənni Yusuf Güney meşə yanğınlarının baş verdiyi ərazidə mübahisə yaradıb.

AJMEDİA.İNFO “Hürriyet”ə istinadən xəbər verir ki, insident Antalyanın Manavqat bölgəsinə aid Çardak məhəlləsində baş verib. Belə ki, o, Balamut adlı ərazinin yaxınlığında yanğını söndürməyə çalışan işçilərlə mübahisə edib.

İddialara görə, Güney yanğını söndürən şəxslərin onun istədiyi yerə müdaxilə etmədiklərini deyərək məmurların üzərinə tərəf getməyə başlayıb və yanındakı tapança ilə havaya bir neçə dəfə atəş açıb.

Məlumata əsasən, müğənni bölgədə olan polislər tərəfindən saxlanılıb və bölməyə aparılıb. Hazırda onun dindirilməsi davam edir.