09 May 2024
Məşhur müğənni sevgilisi ilə birlikdə ÖLKƏDƏN QAÇDI

Məşhur müğənni sevgilisi ilə birlikdə ÖLKƏDƏN QAÇDI

20 Avqust 2021
Baxış: 1094

Əfqanıstanın məşhur pop ulduzu Aryana Sayəd sevgilisi ilə birlikdə Qətərin paytaxtı Dohaya, sonra İstanbula gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, cütlük Əfqanıstandan ABŞ-ın hərbi yük təyyarəsi ilə getdiyini deyib.

Taliban paytaxt Kabili ələ keçirdikdən sonra ölkədən qaçmaq istəyənlər hər cür yola baş vururlar. Ölkədən qaçmaq istəyənlər arasında Əfqanıstanın ən məşhur pop ulduzu Aryana Sayəd və sevgilisi də var.

Aryana və sevgilisi Kabil hava limanından Amerikanın “C-17” hərbi yük təyyarəsi ilə ölkəni tərk edib.

Cütlük Qətərin paytaxtı Dohaya, oradan da İstanbula gəlib.

İddiaya görə, sevgililər ölkədən qaçmaq üçün külli miqdarda pul ödəyib.(teleqraf.com)