10 May 2024
Məşhur müğənni konsert vaxtı infarkt keçirib öldü - FOTOLAR

Məşhur müğənni konsert vaxtı infarkt keçirib öldü - FOTOLAR

08 Noyabr 2021
Baxış: 632

Rumeli musiqisinin sevilən simalarından olan Ramazan Günay Zeytinburnunda çıxdığı konsertdə infarkt keçirib.

AJMEDİA.İNFO axşam.az-a istinadən xəbər verir ki, xəstəxanaya aparılan 71 yaşındakı Günayın həyatını xilas etmək mümkün olmayıb.

55 ildir musiqi ilə məşğul olan Ramazan vəfat edib.

Musiqiçi həmkarı Arif Şentürklə birlikdə səhnəyə çıxıb. İki sənətçi “Aman doktor” mahnısı səsləndirən zaman Ramazan Günay yerə yıxılıb. Uzun müddət ona ürək masajı edilib. Təcili yardım gələrək 71 yaşlı ifaçını xəstəxanaya aparıb.