13 May 2024
Məşhur müğənni HƏBS EDİLDİ - FOTO

Məşhur müğənni HƏBS EDİLDİ - FOTO

25 Oktyabr 2023
Baxış: 421

"FETÖ"nün media strukturu ilə bağlı cinayət işində mühakimə olunan türk müğənni Atilla Taş “dövlət məmurunu təhqir etmək” və “dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmək” ittihamları ilə 2 il 2 ay 25 gün həbs cəzası alıb.

AJMEDİA.İNFO NTV-yə istinadən xəbər verir ki, İstanbul 25-ci Ağır Cəza Məhkəməsi 8 mart 2018-ci ildə "FETÖ"nün media strukturu ilə bağlı “təşkilat üzvü olmaq” və “dövlət çevrilişinə cəhd” ittihamı ilə 20-si saxlanılan 29 müttəhimin mühakimə olunduğu işdə qərar qəbul edib. Prosesdə müttəhim Atilla Taş iştirak etməyib. Məhkəmədə onu vəkili Sevgi Kalan Güvercin təmsil edib.

Atilla "dövlət məmurunu təhqir etmə" maddəsi ilə 1 il 9 ay 25 gün, "dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmə" maddəsi ilə isə 5 ay həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, müğənni daha əvvəldə həbs edilib. O, “FETÖ” təşkilatına bilərək və istəyərək kömək etmə” səbəbilə 3 il 15 gün həbs cəzası alsa da daha sonra azadlığa buraxılıb.

Türkiyəli tanınmış müğənni