30 Aprel 2024
Məşhur müğənni evini zəlzələdə qızını itirən ataya verdi - FOTO

Məşhur müğənni evini zəlzələdə qızını itirən ataya verdi - FOTO

28 Fevral 2023
Baxış: 423

Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar Kahramanmaraş bölgəsində baş verən zəlzələ zamanı həyatını itirən 15 yaşlı Irmak Leylanın atasına evini təslim edib.

AJMEDİA.İNFO xəbər verir ki, ifaçı Irmakın atası Mesut Hançerin yeni həyatını qurması üçün ona yeni ev alacağını açıqlamışdı.

Müğənni iş adamı olan əri Necat Gülseven ilə birlikdə acısı böyük ata ilə görüşdüklərini və Ankaradakı evini ona verdiyini bildirib:

"Mesut bəyin qızı ilə olan son fotosu ürəyimizi dağladı. Yaslı ailə ilə görüşdük və bizə Ankarada yaşamaq istədiklərini bildirdilər. Biz də təcili onlara Ankaradakı evimizi təslim edəcəyik, həmçinin yeni həyatlarını qurmaq üçün yardım edəcəyik. Rəbbim bütün əziyyət çəkən insanlarımıza yardımçı olsun",

Xatırladaq ki, Mesut Hançerin dağıntılar altında qalan mərhum qızının əlini buraxmamasını əks etdirən foto hər kəsi kədərə boğmuşdu.

Ebru Yaşar - YouTube

(lent.az)