13 May 2024
Məşhur iş adamı təyyarəsi ilə xaricə dollar daşımaq istədi: Qarşısını F-16 kəsdi

Məşhur iş adamı təyyarəsi ilə xaricə dollar daşımaq istədi: Qarşısını F-16 kəsdi

26 Noyabr 2021
Baxış: 478

Türkiyəli iş adamı Ali Ağaoğlunun xaricə külli miqdarda valyuta daşımaq istəməsi barədə iddialar yayılıb.

AJMEDİA.İNFO “Sondakika”com-a istinadən xəbər verir ki, iddialara görə, içi dollarla dolu olan iş adamının özəl təyyarəsinin ölkədən çıxmasına F-16 qırıcısı imkan verməyib.

Yayılan iddialara cavab verən iş adamı, xəbərləri təkzib edib.

O bildirib ki, iddiaların əsası yoxdur. İş adamı özəl təyyarəsinin və xaricdə mülkinin olmadığını bəyan edib.“Sübut etsinlər” – deyə iş adamı bildirib./mətbuat.az/