08 May 2024
Məşhur idmançımız vitse-prezident oldu

Məşhur idmançımız vitse-prezident oldu

26 İyul 2021
Baxış: 748

Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat reallaşıb.

Dünya və Avropa çempionu Ramal Aslanov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

Təyinat AKF-nın fəxri prezidenti, İdarə Heyətinin Sədri, Milli Məclis Sədrinin müavini Adil Əliyev və AKF-nın prezidenti Orxan Əliyev tərəfindən rəsmiləşdirilib.

Peşəkar kikboksinqdə “Lord” ləqəbi ilə tanınan Ramal Aslanov Əməkdar idman ustası, Azərbaycan Prezidenti mükafatçısıdır.

O, 11 dəfə Azərbaycan çempionu, 2019-cu ildə WAKO dünya çempionu, FF (Faith Fight) Qran Pri dünya kəmərinin sahibidir (2016-2018).

Ramal Aslanov hazırda həmçinin milli komandanın kapitanı və AKF İdarə Heyətinin sədr müavinidir. (Sportinfo.az)