08 May 2024
Məşhur aktrisanın qohumları da dağıntılar altında qaldı - FOTO

Məşhur aktrisanın qohumları da dağıntılar altında qaldı - FOTO

06 Fevral 2023
Baxış: 376

Türkiyəli məşhur aktrisa Melisa Aslı Pamukun ailəsi də dağıntılar altında qalıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu gün səhər saatlarında Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələdə nənəsi və xalası dağıntılar altında qalan aktrisa Melisa Aslı Pamuk sosial media hesabında paylaşım edərək kömək istəyib.

Tvitter hesabında paylaşım edən Melisa yaxınlarının yaşadığı ünvanı qeyd edərək bu sözləri yazıb: "Nənəm yeriyə bilmir, xəstədir. Xalamla birlikdə binada qapalı qalıblar. Mənzildə vəziyyət necədir bilmirik. Bölgədə kömək edə biləcək kimsə var?”

Aktrisanın paylaşımına çoxsaylı şərhlər yazılıb. İzləyiciləri ona dəstək olub.