14 May 2024
Məşhur aktrisadan ŞOK ETİRAF: "Narkotik qaçaqmalçılığı ilə məşğul olmuşam" - FOTOLAR

Məşhur aktrisadan ŞOK ETİRAF: "Narkotik qaçaqmalçılığı ilə məşğul olmuşam" - FOTOLAR

12 İyul 2022
Baxış: 402

2018-ci ildə sənətini atmaq qərarı verən, lakin hazırda "Netflix" istehsalı olan komediya filmi ilə ekranlara qayıtmağa hazırlaşan məşhur amerikalı aktrisa Kemeron Diaz məşhurlaşmazdan əvvəl narkotik alveri ilə məşğul olduğunu açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, "Second Life" podkastında danışan ulduz aktrisa 20 yaşında Fransanın paytaxtı Parisdə başına gələnlərdən danışıb.

O bildirib ki, doğulduğu Kaliforniya ştatında modellikdən qazandığı pulla Parisdə özünə mənzil almaq niyyətində olub. Lakin Parisdə model kimi uğursuzluqla üzləşən Diaz, istəmədən də olsa, narkotik qaçaqmalçılığı ilə məşğul olub. Belə ki, Parisə model olmaq ümidi ilə gedən aktrisa, bir müddət iş tapa bilməyib. Sonralar tapdığı iş isə çamadanlarla Mərakeşə əşyalar daşımaq olub. Məşhur aktrisa daşıdığı əşyaların içində narkotik olduğunun fərqinə sonradan varıb.

O Mərakeşə çatanda səlahiyyətli şəxslər dayandıraraq çamadanını yoxlamaq istəyiblər:

"90-cı illər idi. Mərakeşə gedəndə sarışın, mavi gözlü bir qız idim. Hətta öz-özümə sual da vermişdim, bu çamadanın içində nə var deyə. Ancaq Parisdə tapa bildiyim yeganə iş bu idi".

Kemeron Diaz bu işə bulaşdığı üçün peşman olduğunu da vurğulayıb.

(sfera.az)