13 May 2024
“Mənim bankım yoxdur, oğlum general Teymur Mehdiyevindir...” - Ramiz Mehdiyev

“Mənim bankım yoxdur, oğlum general Teymur Mehdiyevindir...” - Ramiz Mehdiyev

10 Oktyabr 2023
Baxış: 524

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən Bank BTB-nin satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatda bankın artıq satılmaq üzrə olduğu və qiymət məsələsinin Ramiz Mehdiyevlə razılaşdırılacağı bildirilib.

AJMEDİA.İNFO xəbər verir ki, Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bankın onlara aid olduğunu təsdiq edib.

“Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil”

Oğlunuz general Teymur Mehdiyevin adınadır bank?

“ Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır.”

Bank, həqiqətən, hazırda satışdadır?

“Satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar haradan çıxır bilmirəm”