13 May 2024
“Mən üstün təbəqənin toylarında iştirak edirəm“ - Əməkdar artist Vasif Məhərrəmli

“Mən üstün təbəqənin toylarında iştirak edirəm“ - Əməkdar artist Vasif Məhərrəmli

08 Fevral 2022
Baxış: 619

Son günlər koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı sürətlə artır.

Mütəxəssislər bildirir ki, yayılan virus xüsusilə “omikron” ştammıdır ki, onun da bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir.

AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Vasif Məhərrəmli qeyd edib ki, gündəlik koronavirusa yoluxma rəqəmlərinin artmasının əsas səbəbi insanların qaydalara əvvəlki kimi riayət etməməsidir:

“İnsanlar qaydalara əvvəlki kimi riayət etmir, ona görə yoluxma bu qədər artıb. Həqiqətən maskadan istifadə olunsa, məhdudiyyətlərə əməl olunsa, bu qədər insan yoluxmaz. Sevindici bir hal var ki, bu ştamm klassik COVİD-19 virusundan yüngüldür. İnsan bir həftəyə sağalır, iybilmə, dadbilmə itmir. Şükürlər olsun ki, ölüm qorxusu, faciəvi hadisələr yaşatmır. İnşallah, bu, COVİD-19 mutasiyasının son ştammıdır. Güman edirəm ki, may-iyun aylarına virus tamamilə yox olacaq, hər şey 2019-da olduğu kimi qaydasına düşəcək. Zatən mütəxəssislər də virus yayılmağa başlayanda demişdilər ki, bu virusun iki ildən artıq ömrü var. Artıq iki il keçib”.

Sənətçi iştirak etdiyi toy məclislərində qoyulan qadağalara ciddi riayət edildiyini bildirib:

“Toylarda hər şey qaydasındadır, məhdudiyyətlərə riayət edilir. Məclisdə 151-ci stul olmur. Mən öz olduğum məclislərdən danışıram. Kifayət qədər üstün təbəqənin toylarında iştirak edirəm. İnandırım sizi nazir, nazir müavini, yüksək ranklı məmurların toyunda da bu qaydalara ciddi əməl olunur. Qanun hamı üçün qanundur. Amma qulağımıza çatan bəzi məlumatlar var ki, guya bəzi yerlərdə 300-500 nəfərlə toy edənlər var. Bəlkə də ola bilər. Şəxsən mənim rastıma çıxmayıb. Mənim məclislərimdə belə hallar olmur, onsuz bu aylarda çox toy olmur. Yanvar, fevral ayında Bakı şəhərində heç vaxt toy olmayıb. Ayda 20-25 toy oxuduğum vaxtlarda belə bu aylarda toyum olmayıb. İnsanlar bu aylarda toy etmirlər. O vaxt həmkarımız Manana Caparidzenin toyu 8 fevralda olmuşdu. Yollar buz bağlamışdı, insanlar zülm, zillətlə məclisə gəlib çıxmışdılar. Hamının gözündə bu tip hadisələr asosassiya olunur deyə həmin aylarda toy etmirlər”.