14 May 2024
Məktəbdə şəhid polkovnik-leytenantın rütbəsi yazılarkən səhvlərə yol verilib - YENİLƏNİB

Məktəbdə şəhid polkovnik-leytenantın rütbəsi yazılarkən səhvlərə yol verilib - YENİLƏNİB

05 Noyabr 2021
Baxış: 758

Göyçay rayonunda yerləşən məktəbdə xatirə lpvhəsində rütbəsi səhv yazılan hərbçinin ailəsi məsələyə aydınlıq gətirib.

AJMEDİA.İNFO xəbər verir ki, Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun qayınatası Arzu Burcalıyev açıqlamasında bildirib ki, xatirə lövhəsi vurulmazdan əvvəl rütbənin yazılışındakı orfoqrafik səhvdən məlumatlı olublar:

“Xatirə lövhəsini hazırlayan rəssam orada polkovnik sözünü “palkovnik” olaraq yazıb. V.Xəlilovun anası oğlunun xatirəsinə vurulacaq lövhənin onun şəhadətinin il dönümünə qədər hazırlanmasını istəyib. Xatieə lövhəsi vurulmazdan öncə rütbənin səhv yazıldığını bilirdik.

İcra Hakimiyyətinin nümayəndələri lövhənin bu şəkildə asılmasına icazə vermirsilər. Dedilər ki, gözləyin, düzəldilsin, sonra açılış edilsin. Lakin şəhidin anasının təkidi ilə o şəkildə asıldı, açılış edildi. Lakin çox qısa zamanda həmin səhv düzəldiləcək, artıq bununla bağlı iş gedir”.

17:56

Göyçay rayonunda yerləşən məktəbdə hərbçinin rütbəsi səhv yazılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Göyçay şəhər 3 saylı tam orta məktəbdə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun xatirə lövhəsində orfoqrafik səhvlərə yol verilib və onun rütbəsi – “palkovnik leytenant” kimi qeyd edilib.