14 May 2024
"Məhv olacaq!" - Medvedevdən İsrailə SƏRT XƏBƏRDARLIQ

"Məhv olacaq!" - Medvedevdən İsrailə SƏRT XƏBƏRDARLIQ

17 Oktyabr 2022
Baxış: 341

İsrail Ukraynaya silah tədarük etsə, Rusiya-İsrail dövlətlərarası münasibətləri məhv olacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.


“İsrail, deyəsən, Kiyev rejiminə silah tədarük etməyə hazırlaşır. Bu ehtiyatsız addımdır. Ölkələrimiz arasında bütün dövlətlərarası münasibətləri məhv edəcək. Bandera həvəskarlarının nasist olduğu və elə də qaldığı həqiqətindən danışmıram. Sadəcə müasir əlaltılarının simvolikalarına baxmaq kifayətdir. Əgər onlara silah verilərsə, o zaman İsrailin Bandera və Şuxeviçi öz qəhrəmanları elan etməsinin vaxtı çatıb", - Medvedev qeyd edib.(APA)