13 May 2024
Mehriban Əliyevadan səmimi jest

Mehriban Əliyevadan səmimi jest

27 Mart 2023
Baxış: 401

Bakı Olimpiya Stadionunda baş tutan “Qarabağ” - “Qalatasaray” oyununu izləməyə gedənlər arasında Prezident İlham Əliyevlə Birinci xanım Mehriban Əliyeva da olub.

OLAY yazır ki, onların azarkeşlərlə birgə sosial şəbəkədə paylaşılan videosu isə xüsusi diqqət çəkib.

Belə ki, İ. Əliyevlə M. Əliyeva onları alqışlarla qarşılayan insanları salamlayıb, daha sonra isə Birinci xanım onlara ürək işarəsi göndərərək səmimi jest edib.

Həmin anları influenser Nagehan Abdullayeva instaqramda izləyicilərlə bölüşüb.