14 May 2024
"Medera Hospital"da FACİƏ: Əməkdaşı plastik əməliyyat etdirdi, öldü - FOTO

"Medera Hospital"da FACİƏ: Əməkdaşı plastik əməliyyat etdirdi, öldü - FOTO

08 İyun 2023
Baxış: 376

Xəbər verdiyimi kimi, Bakıda “Medera Hospital"da plastik əməliyyat etdirən qadın vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, Axar.az sözügedən hadisə ilə əlaqədar bir sıra faktlar əldə edib.

Bildirilir ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım “Medera” Hospitalda “Resepşn”da işləyirmiş.

O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.

Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.

Xanım ailəli olub, bir qız övladı var.

Sözügedən məsələ ilə bağlı hospitaldan saytımıza bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir. Digər suallarımızı isə xəstəxana cavabsız qoyub.

No description available.