12 May 2024
Maşını yol kənarında saxlayıb vəfat etdi - FOTO

Maşını yol kənarında saxlayıb vəfat etdi - FOTO

25 Aprel 2023
Baxış: 380

Sumqayıtda sürücü avtomobili idarə edərkən sükan arxasında vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə şəhərin girişində baş verib. "KIA Rio" markalı avtomobilinin sürücüsü, Siyəzən rayon sakini olan 53 yaşlı Abdul Zülfüqarov nəqliyyat vasitəsini idarə edərkən özünü pis hiss edib. Maşını yol kənarına çəkən sürücü qəfil vəfat edib.

Vəfat edən sürücünün Sumqayıtdakı zavodlardan birində çalışdığı bildirilir.