14 May 2024
"Maraqlarımıza toxunmayan mina xəritələri..." - Paşinyandan HƏYASIZLIQ

"Maraqlarımıza toxunmayan mina xəritələri..." - Paşinyandan HƏYASIZLIQ

15 Oktyabr 2021
Baxış: 532

Ermənistan əsirlərin qarşlığında Azərbaycana mina xəritələrini verməyə hazırdır.

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının onlayn görüşündə deyib.

Bununla belə o, Ermənistanın “təhlükəsizlik maraqlarına” toxunmayan mina xəritələrini verəcəyini bildirib:

“Bu, təmiz humanitar məsələdir. Biz onun tez həllinə ümid edirik”.

Qeyd edək ki, Qarabağda Ermənistanın “təhlükəsizlik marağını qoruyan minalar” anlayışı tamamilə absurd və həyasızlıqdır.