14 May 2024
“Mançester Yunayted” Tofiq Bəhramovun fotosunu səsverməyə çıxardı - FOTO

“Mançester Yunayted” Tofiq Bəhramovun fotosunu səsverməyə çıxardı - FOTO

28 Yanvar 2022
Baxış: 591

“Mançester Yunayted”in rəsmi saytı “Old Trafford”un ətrafında yerləşdiriləcək yeni şəkillər üzrə səsvermə keçirir.

AJMEDİA.İNFO xəbər verir ki, Şəkillər arasında 1968-ci il Çempionlar Kubokunun yarımfinal oyunu zamanı çəkilən Tofiq Bəhramovun görüntüləndiyi foto da var.

Həmyerlimizin şəklini “Old Trafford”da görmək istəyənlər keçiddən istifadə etməklə səs verə bilərlər.

Qeyd edək ki, şəkil “Real Madrid” – “Mançester Yunayted” arasında keçirilən cavab matçında çəkilib. Qarşılaşma 3:3 hesablı bərabərliklə bitib. Lakin ilk oyundakı minimal hesablı qələbə sayəsində finala məhz mankunianlar vəsiqə qazanıb və həmin mövsümdə turnirin qalibi olmağı bacarıblar.