15 May 2024
Maksimum bal toplayan yeganə məktəbli BU YÜKSƏK VƏZİFƏLİ ŞƏXSİN qardaşı oğludur - FOTO

Maksimum bal toplayan yeganə məktəbli BU YÜKSƏK VƏZİFƏLİ ŞƏXSİN qardaşı oğludur - FOTO

19 May 2023
Baxış: 408

Xəbər verdiyimiz kimi, dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. imtahanda 1 nəfər maksimum - 300 bal toplayıb. Yüksək nəticə göstərən şagird Naxçıvan Qarnizonunun tam orta məktəbində təhsil alan Məmmədli Məhəmməd Qurban oğludur.

AJMEDİA.İNFO xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Məhəmməd Məmmədli Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmmədovun qardaşı oğludur. Onun ailəsi Naxçıvanda kirayə yaşayır. Yüksək nəticə göstərən məktəblinin atası Qurban Məmmədovun iki ali təhsili var, hazırda mühəndis vəzifəsində çalışır. Onun anası ali təhsillidir, hazırda evdar xanımdır.