01 May 2024
Makron Boris Consonu SƏRT TƏNQİD ETDİ

Makron Boris Consonu SƏRT TƏNQİD ETDİ

02 Dekabr 2021
Baxış: 536

Fransa Prezidenti Emmanuel Makron Britaniya Baş naziri Boris Consonu təhqir edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Ekspress” nəşri məlumat yayıb.

Makron La-Manşdakı miqrasiya krizisi fonunda Consonu “böyük ölkəni idarə edən kloun” adlandırıb.

“Bir yerdə çox iş görə biləcəyimiz böyük ölkənin başında klounu görmək çox kədərlidir”, – Makron deyib.

Makronun sözügedən açıqlamasına Londondan cavab gecikməyib. Böyük Britaniya baş nazirinin rəsmi nümayəndəsi Fransa liderinin sözlərinə cavabında bütün səyləri daha çox insan tələfatının qarşısını almağa yönəltməyi tövsiyə edib.

Qeyd edək ki, Makronla Consan arasında münasibətlər ikincinin ona qanunsuz miqrasiya ilə birgə mübarizə təklifini açıq məktubla etməsindən sonra pisləşib. Makron cavabında Consonu tənqid edib və ölkə rəhbərlərinin Tvitter üzərindən və açıq məktubla əlaqə saxlamadığını deyib.