15 May 2024
"Magen David Azərbaycan" Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirib - FOTO

"Magen David Azərbaycan" Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirib - FOTO

28 Dekabr 2023
Baxış: 469

“MAGEN DAVID AZƏRRBAYCAN” 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirib.

Tədbirdə millət vəkilləri, sosial- iqtisadi, ictimai sahədə fəalliyyət göstərən fəal qadınlar iştirak ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən, tədbiri giriş sözü ilə açan “Magen David Azərbaycan”nın fəxri sədri, 53-saylı Quba -Qusar rayonları üzrə Milli Məclisin deputatı, Azərbaycan-İsrail Parlamentlərarası işçi qrupunun rəhbəri Anatoliy Rafailov, Ümumimilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş bu əlamətdar günün yalnız azərbaycanlıların deyil, həmçinin dünyada Azərbaycanı sevən və özünü azərbaycanlılara dost hesab edən bütün insanların həmrəyliyi bayramı olduğunu qeyd edib.

Anatoliy Rafailov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə il ərzində silsilə tədbirlər keçirildiyini iştirakçıların diqqətinə çatdıraraq, bu tədbirlərin gələn il də davam edəcəyini vurğulayıb.

Çıxış edən xalq şairi Vahid Əziz “hər zaman dediyim kimi, biz yəhudiləri sevirik, yəhudilər bizi sevir və bizim məhəbbətimizi, bizim qarşılıqlı sevgimizi heç bir qüvvə poza bilməz. Həz zaman həmrəy, dost olaq. Mən bu həmrəylik günündə bütün dünyaya süıh, əmin amanlıq arzulayıram” fikirlərini bildirib.

Çıxışından sonra xalq şairi Vahid Əzizə “Magen David Azərbaycan”nın “Qartal” mükafatı təqdim edilib.

Sonra “Magen David Azərbaycan”nın rəhbəri, Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov qonaqları salamlayaraq, bayram münasibətilə təbrik edib. O, öz çıxışında “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsinin bütün dünya azərbaycanlıları üçün zərurət və mənəvi ehtiyacdır. Digər ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində bu gün çox önəmli rol oynayır” deyə qeyd edib.

Daha sonra 59-saylı Salyan rayonu üzrə Milli Məclisin deputatı, Azərbaycan-Estoniya işçi qrupunun rəhbəri Jalə Əhmədova, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin Yevlax rayonu üzrə deputatı, Əmək və sosial siyasət, Səhiyyə komitələrin üzvü, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri İlham Məmmədov, Xalq şairi Vahid Əziz, “Magen David International Center” for Women- nun direktoru Aygün Əhmədova, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” ictimai birliyinin sədri Aygün Ağamalı və digər qonaqlar çıxış edərək, bayram münasibətilə hər kəsi təbrik ediblər.

Daha sonra 2023- cü il ərzində “Magen David Azərbaycan”nın həyata keçirdiyi tədbirlərdə fəallıq göstərənlərə təşəkkürnamələr təqdim edilmişdir.

Открыть фото Открыть фото Открыть фото

Открыть фото Открыть фото Открыть фото