10 May 2024
Lyubov Sobol axtarışa verildi

Lyubov Sobol axtarışa verildi

21 Oktyabr 2021
Baxış: 424

Rusiya müxalifətinin lideri Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondunun keçmiş hüquqşünası Lyubov Sobol barəsində axtarış elan olunub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, 1987-ci il təvəllüdlü Sobol Rusiya Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışa verilib. Detallar açıqlanmayıb.

Qeyd edək ki, Lyubov Sobolun bu ilin avqustun 7-də Vnukovo hava limanından İstanbula, daha sonra Vilnüsə uçması xəbəri yayılıb.(Qafqazinfo.az)