12 May 2024
“Liverpul” Məhəmməd Salahı SATMAQ İSTƏYİR

“Liverpul” Məhəmməd Salahı SATMAQ İSTƏYİR

06 Fevral 2024
Baxış: 324

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

AJMEDİA.İNFO xarici mətbuata istinadən xəbər verir ki, "Əl Hilal" klubu misirli hücumçu üçün Mersisayd təmsilçisinə 100 milyon avro təklif edib.


İddiaya görə, klub rəhbərliyi 32 yaşlı forvardı satmağı düşünür. Hətta “qırmızılar" ulduz futbolçunun əvəzinə İspaniyanın "Barselona" klubunda çıxış edən Rafinyanı transfer etməyi planlaşdırır.

Braziliyalı cinah yarımmüdafiəçisinin xidmətində İngiltərənin digər təmsilçisi “Tottenhem" də maraqlıdır. London klubunun kataloniyalılara 70 milyon avro təzminat ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Məhəmməd Salahın "Liverpul"la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.