09 May 2024
Latviya Rusiya və Belarusun yük maşınlarını sərhədindən buraxmayıb

Latviya Rusiya və Belarusun yük maşınlarını sərhədindən buraxmayıb

11 Aprel 2022
Baxış: 1058

Latviya sərhədçiləri Rusiya və Belarusa məxsus 152 yük maşınını ölkəyə buraxmayıb.

Latviya tərəfi bəyan edib ki, qərar Avropa İttifaqının yeni sanksiyalarının başlaması ilə əlaqədar həyata keçirilib.

Xatırladaq ki, bu həftə Aİ Rusiya və Belarusun avtomobil nəqliyyatı müəssisələrinə Aİ daxilində avtomobil nəqliyyatı ilə, o cümlədən tranzitlə malların daşınmasına qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar paketini təsdiqləyib. Delfi.lv