13 May 2024
Kraliça II Elizabetin son görüntülərində qeyri-adi detal - FOTOLAR

Kraliça II Elizabetin son görüntülərində qeyri-adi detal - FOTOLAR

09 Sentyabr 2022
Baxış: 437

Böyük Britaniya kraliçası II Elizabetin çəkdirdiyi son fotoşəkillərdə qeyri-adi bir detal diqqət çəkib. Kadrlar onun Britaniyanın yeni baş naziri Liz Trass ilə görüşü zamanı lentə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki, çəkilən fotoşəkillərdə kraliçanın yaxşı əhvali-ruhiyyədə olmasına rəğmən, sağ əlinin üzərindəki qançırlar gözdən yayınmayıb.

Xatırladaq ki, sentyabrın 8-də Bukingem sarayı II Elizabetin səhhətinin pisləşməsini bəyan edib. Dərhal sonra onun ömrünün son həftələrini keçirdiyi Balmoral qəsrinə övladları və nəvələri yollanıblar. Həmin gün axşam saatlarında kraliça dünyasını dəyişib.

Britaniyanın yeni kralı II Elizabetin 73 yaşlı oğlu Şahzadə III Çarlz olub. Tacqoyma sentyabrın 10-da həyata keçiriləcək. Qaydalara görə, mərasim əvvəlki monarxın ölümündən sonra bir sutka ərzində keçirilməlidir. Lakin bu dəfə ənənəyə riayət edilməyib.

Mənbə: Newsweek