01 May 2024
Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb

14 Sentyabr 2021
Baxış: 510

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşıb.

AJMEDİA.İNFO xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli hospitalından məlumat verilib.

Bildirilib ki, müğənni 80% oksigen dəstəyi alır: “O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı - 90%-dir. Huşu qapalıdır. Qan təzyiqi, şəkəri və nəbzi nəzarətdə saxlanılır”.