10 May 2024
Kiyevə sürpriz səfər: “Dəstək vermək üçün gəlmişik” - FOTO

Kiyevə sürpriz səfər: “Dəstək vermək üçün gəlmişik” - FOTO

08 Aprel 2022
Baxış: 500

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Birliyinin ali nümayəndəsi Jozef Borrel Ukraynanın paytaxtı Kiyevə gəliblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə hər iki avropalı rəsmi şəxs öz Tvitter səhifələrində məlumat veriblər.

Avropa Komissiyası sədrinin fikrincə, bu səfər Avropa Birliyinin özünü Rusiyanın hərbi işğalından qoruyan Ukraynaya həmrəylik və praktiki siyasi, maliyyə, iqtisadi, humanitar və hərbi dəstəyin əlaməti olacaq.

Bundan əvvəl Leyen və Borell aprelin 9-da Varşavada keçiriləcək xeyriyyə tədbirindən əvvəl Kiyevə gedəcəklərini demişdilər.