10 May 2024
Kişilər arasında ən populyar olan plastik əməliyyatlar – Həkim adlarını AÇIQLADI

Kişilər arasında ən populyar olan plastik əməliyyatlar – Həkim adlarını AÇIQLADI

28 Oktyabr 2022
Baxış: 550

Rusiyalı cərrah və tibb elmləri doktoru Dmitri Davıdov kişilər arasında ən populyar olan plastik əməliyyatların adını çəkib.

AJMEDİA.İNFO “News.ru” portalına istinadən xəbər verir ki, rus kişilər daha çox liposaksiyaya (piyin azaldılması), eləcə də göz qapaqlarının, burun və süd vəzilərinin plastik əməliyyatlarına görə müraciət edirlər. Həkim deyib ki, yaşı 35-dən az olan kişilər daha çox burun formasını həm estetik, həm də funksional tərəfdən dəyişdirmək (burun nəfəsini yaxşılaşdırmaq) istəyirlər.

Yaşı 50-dən yuxarı olan ruslar isə alnın, göz qapaqlarının, infraorbital bölgənin, eləcə də orta və aşağı üz zonalarının plastik cərrahiyyəsi ilə xarici görünüşlərində yaşla bağlı dəyişikliklərdən qurtulmağa üstünlük verirlər.

Professorun sözlərinə görə, onlar adətən blefaroplastikaya (göz qapaqlarının formasını dəyişdirmək) müraciət edirlər.(sfera.az)