15 May 2024
Kim Çen Inın əlində sirli iz müşahidə edilib

Kim Çen Inın əlində sirli iz müşahidə edilib

03 May 2020
Baxış: 500

KXDR lideri nəhayət ictimaiyyət qarşısında görünüb.

KXDR lideri Kim Çen Inın əlində, 20 günlük yoxluğundan sonra ictimaiyyətə görünməsi zamanı sirli iz müşahidə edilib. Bu barədə "The Mirror" xəbər verib.

ABŞ-dan olan tibb sahəsində mütəxəssis hesab edir ki, dövlət başçısının əlindəki izlər ürək-damar xəstəliyi, bəlkə də sağ radial arteriya ponksiyonunun aparılması deməkdir.

Kim Çen Inın uzun müddət olmaması onun dünya birliyinin diqqətini KXDR-ə yönəltmək istəməsi ilə bağlı ola bilər.